BURADA REKLAMINIZ OLA
BİLƏR

Zabuxa qayıtmağa hazırlaşan kənd sakini danışır - VİDEO

Laçın rayonunun Zabux kənd inzibati ərazisinə daxil olan Zabux kəndinin sakini Elburus Əsədov 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır.

 

Zabuxa qayıdanda birinci dizimi yerə qoyub torpaqdan öpərəm deyən laçınlı ağsaqqal orada yaşamaq, ata-baba ocağını bərpa etmək istəyir:

 

“İşğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər deyir ki, biz 30 ildir burada məskunlaşmışıq. Niyə onlardan soruşan yoxdur ki, burada 80, 100 il yaşayan azərbaycanlı haradadır?!”

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxı təqdim edirik:

 

Tarix: 24 Avqust 2022, 14:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin