Dünyada ən çox gəlir gətirən sahələrdən biri də turizmdir. Məhz turizm potensialı yüksək olan ölkələr bu sahəyə yatırım etməklə böyük gəlir götürürlər. Təbii ki, bu geniş və çoxşaxəli sahəni idarə etmək üçün hər bir dövlət cavabdeh qurumları yaradır. Məsələn Azərbaycanın turizm sektorundan Dövlət Turizm Agentliyi, qardaş Türkiyənin sözügedən sahəsindən isə Kültür ve Turizm Bakanlığı sorumludur. Ancaq təəssüf ki, qardaş Türkiyədən fərqli olaraq Azərbaycanda turizm sektoru uzun illərdir inkişaf edə bilmir. Türkiyənin əsrarəngiz təbiəti turizm üçün geniş imkanlar açır. Dövlət isə bundan faydalanaraq əsl turizm ölkəsi yaratmağı bacarıb. Xidmət sektorundan tutmuş, çeşidli otel şəbəkəsinə, həmçinin müxtəlif əyləncələrə qədər hər şey mövcuddur. Dövlət Turizm Agentliyi isə yalnız boş və mənasız turizm tədbirləri və sərgiləri keçirməklə məşğuldur. Hansı ki, bu cür tədbirlər ölkədə turizm sektorunun inkişafına heç bir töhvə vermir. Əksinə Azərbaycanın geniş turizm potensialı, göz oxşayan təbiəti, qış və yay turizmi üçün böyük imkanları, təbii və müalicəvi bulaqları kölgədə qalır.
Necə deyərlər, bütün bunlar yalnız fraqmentdir, kino isə hələ qabaqdadır. Bu gün Azərbaycanda bir turistin 10 günlük istirahəti (5 ulduz otel, vip qidalanma, transfer xərcləri və sairə) təxminən 4-5 min manat arası dəyişir. Bu rəqəm yalnız standart otaqlar üçün keçərlidir. Məsələn Quba palace Hotel, “Qafqaz Tufandag Mountain Resort Hotel” kimi şəbəkələrin təklif etdiyi hovuzlu villa və ya suit otaqların qiyməti 2000-4000 manat arasında dəyişir. Təbii ki, xidmət və keyfiyyət təqdim olunan qiymətlərlə uzlaşmır. Bu isə rəqabət mühitinin olmaması, inhisarçılıq və monopoliyanın tüğyan etməsi ilə əlaqədardır. Sadə bir turist restoranlarda təqdim edilən yeməklərin qiymətinə baxdıqda isə sanki Avropanın ən bahalı şəhərində nahar etdiyini düşünə bilər. Sadə bir missal çəkərək bu məsələnin də üzərindən keçmək istəyirəm. Təsəvvür edin ki, Qəbələdə “Nohur göl” deyilən ərazidə yerləşən “Sahil” istirahət mərkəzində adi bir qutabı müştəriyə 3 manata “soxuşdururlar”. Bunun qazan yeməklərindən və kabablarından danışmağa isə dəyməz. Qardaş Türkiyə və Gürcüstanda isə yuxarıda qeyd etdiyim qiymətlərlə bir-iki ay ən yüksək səviyyədə istirahət etmək mümkündür. Bir sözlə, soyğunçuluq turizm sektorunda baş alıb gedir. Rəqabətsizlik mühitində kim nə istəyir, o cür də edir. Taksilər xarici tursiti aldadıb ölkədən incik salır, sahibkarlar yüksək qiymətlərlə Azərbaycana gələnlərin “qanını sovurur”, xidmətin sıfır səviyyəsində olması isə insanları qaçırır. Bütün bunlar Turizm Agentliyinin səriştəsizliyindən, bu sahəyə rəhbərlik edənlərin naşılığından irəli gəlir. Turizm Agentliyi turizmdən başqa hər işlə məşğuldur.
İndi isə gəlin statistikaya nəzər salaq. Belə ki, 2022-ci ilin aprelində Azərbaycana gələn 55 min turistin 14 faizi ölkədəki xidmətdən narazı qalıb. Bu, o deməkdir ki, hər 7 turistdən 1-i bizim xidmətdən narazı gedib. Normalda isə bu göstərici 1 faizdən aşağı olmalıdır. Eləcə də bu ilin 6 ayında ölkəmizə cəmi 600 mindən bir az artıq turist gəlib ki, bu da çox aşağı göstəricidir. Dövlət Turizm Agentliyi isə heç bir təşəbbüslə çıxış etmir. Əgər təşəbbüs yoxdursa, deməli işləmək həvəsi də mövcud deyil. İşləmək istəməyən Dövlət Turizm Agentliyinin komandası ilə turizmin inkişafında heç bir uğur qazanmaq mümkün deyil.
Konkret.az
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
27 Mart 14:40
27 Mart 14:03
27 Mart 13:34
27 Mart 13:23
27 Mart 13:16
Ən son xəbərləri səhifəmizdən də izləyin