BURADA REKLAMINIZ OLA
BİLƏR

Əlillərə münasibətdə vulqar və qaba ifadələr qanunvericilikdən çıxarıldı

Son illər ölkəmizdə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına uyğun şəkildə aparılan islahatlarla əlilliyi olan şəxslərlə bağlı qanunvericilikdə mühüm təkmilləşdirmələr aparılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Pravda.az-a bildirilib ki, təkmilləşdirmələrin bir istiqaməti kimi, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə onlarda neqativ hisslər, özünə inamsızlıq yaradan bir sıra vulqar, bayağı, kobud ifadələr müasir və etik yanaşmaya uyğun yeni ifadələrlə əvəzlənib.

 

Bununla bağlı 40-dək qanunvericilik aktında dəyişiklik edilib və həmin dəyişikliklər təsdiqlənib.

 

Belə ki:

 

“lal” sözü - “nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə,

“kor” sözü - “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə,

“kar” sözü - “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə,

“kəmağıllıq” sözü – “əqli gerilik” sözləri ilə,

“şikəst olan” sözləri - “əlilliyi müəyyən edilmiş” sözləri ilə,

“bədən qüsuru” sözləri - “fiziki çatışmazlıq” sözləri ilə,

“şikəstlik” sözü - “xəsarət” sözü ilə və s. əvəz edilib.

 

Əvvəlki ifadələr əlilliyi olan şəxslərlə bağlı müəyyən mənfi stereotiplərin yaranmasına, onların sosial inteqrasiyasında çətinliklərə səbəb olurdu.

 

Əlilliyi olan şəxslərə münasibətdə istər danışıqda, istərsə də yazılı mətnlərdə yeni dəyişikliklərə uyğun ifadələrin işlədilməsi həmin şəxslərə, onların xüsusiyyətlərinə hörmətlə yanaşılmasını özündə ehtiva edir.

Tarix: 25 Avqust 2022, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin