BURADA REKLAMINIZ OLA
BİLƏR

Komitə Tovuzda zorakılığa məruz qalmış yeniyetməni nəzarətə götürdü

Tovuz rayon sakini, yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Azərbaycan Republikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Tovuz Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Komitənin müraciəti əsasında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli Komissiya tərəfindən ailəyə səfər edilmiş, uşağın psixoloji vəziyyəti qiymətləndirilib.

 

Qeyd olunanlara əsasən azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

 

Baş Prokurorluğun verdiyi məlumata əsasən hazırda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı istintaq hətəkətləri getdiyindən barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

Tarix: 26 Avqust 2022, 03:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin