BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Antalya reysini yerinə yetirən təyyarə geri qayıdıb - SƏBƏB

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təyyarə saat 07.57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

 

Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.

Tarix: 26 Avqust 2022, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin