BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanğınlar nəticəsində dəymiş ziyan müəyyənləşdirilir

Avqustda baş vermiş yanğınlar nəticəsində 3 ev və 10 təsərrüfata zərər dəyib.

 

Pravda.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, bu istiqamətdə müvafiq qurumlar tərəfindən hesablamalar aparılır və vətəndaşlara dəymiş zərər müəyyənləşdirilir: "Yanğının əsas təhlükəsi Şabran-Siyəzən istiqamətində neft quyularına doğru hərəkət etməsi idi. Biz bununla bağlı SOCAR-la danışdıq və yanğının neft quyularına doğru irəliləməsinin qarşısı alındı".

Tarix: 26 Avqust 2022, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin