BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Dərs ilinin başlanmasına çox az vaxt qalıb və uşaqlar istirahət günlərinin dadını çıxarmağa davam edirlər. Tətil günləri uşaqların adi vaxtlara nisbətən daha tez-tez öz başına buraxıldığı, asudə vaxtlarını çox vaxt kompüter və qadcetlərə ayrıldığı dövrdür. Valideynlərdə uşaqla necə əlaqədə qalmaq, virtual aləmdə onun təhlükəsizliyini necə təmin etmək, uzaqdan əlaqə saxlamaqla sosial şəbəkələrdəki təhlükəli qrupların və təhlükəli məzmun yüklənməsinin qarşısını necə almaq kimi suallar yarana bilər.

 

Tam yerinə düşən nümunə video oyunlardır. Belə ki, proqnozlara görə, 2025-ci ilə qədər kompyuter oyunları bazarının həcmi 256.97 milyard dollara çatacaq. Planetin hər üçüncü sakini bu oyunları oynayır və qeymerlərin böyük əksəriyyətini uşaqlar təşkil edir. Bu sahədə əsas təhlükələrdən biri uşaqların valideynlərinin bank kartları vasitəsilə oyun predmetləri üçün real ödəniş etdikləri hesablarının sındırılmasıdır. Təcavüzkarlar ələ keçirilmiş hesabın və ya ondakı oyun predmetlərinin satışından qazanc əldə edə bilirlər.

 

“Uşağa elektron cihazlar alarkən, valideynin ilk düşündüyü məqam cihazı necə qoruya biləcəyidir. Uşaqları potensial təhlükələrdən müdafiə etmək üçün ən azı onların cihazlarında antivirus mühafizəsi quraşdırmalı və maksimum dərəcədə övladınızla Kaspersky Safe Kids kimi valideyn nəzarəti proqramını quraşdırmaq imkanını müzakirə etməlisiniz. Uşağa bunun onun virtual məkanda təhlükəsizliyini necə təmin edəcəyini izah edin. Eyni zamanda, uşağın məxfiliyini pozmamaq və həlli təyinatı üzrə istifadə etmək vacibdir: uyğun olmayan məzmunu bloklamaq, cihazdan istifadə müddətini məhdudlaşdırmaq və zəruri hallarda GPS-dən istifadə edərək uşaqların yerini izləmək. Bu mövzuda bir çox faydalı məlumatları, xüsusilə “Şifrəni dəyiş! Şəbəkədəki uşaqlar haqqında” podkastının son epizodundan öyrənə bilərsiniz”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

 

“Texniki həllərə uşaqlarla ünsiyyəti də əlavə etmək çox vacibdir. Onlarla onlayn təhlükəsizlik haqqında danışın. Ehtiyatlı olun və rəqəmsal təhlükəsizlik bacarıqlarınızı onlarla birlikdə təkmilləşdirin. Onlara heç vaxt yad insanlarla ünsiyyət qurmamağı, şəxsi məlumatı heç vaxt açıq şəkildə paylaşmamağı, dərc etməzdən əvvəl hər hansı materialla ehtiyatlı davranmağı, yeni hesablar yaradan zaman təhlükəsiz şifrələrdən istifadə etməyi, tanış olmayan saytlara ehtiyatla daxil olmağı, oraya heç vaxt hesab məlumatları və digər şəxsi məlumatları daxil etməməyi öyrədin”, - deyə “Stop Uqroza” uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin direktoru və baş təlimçisi Nigar Əliyeva əlavə edir.

 

Uşağın onlayn vaxtını daha təhlükəsiz etməyə kömək etmək üçün valideynlərə bəzi tövsiyələr:

 

Uşağınızı internetlə baş-başa buraxmayın, xüsusən əgər o, şəbəkədən istifadə etməyi yenicə öyrənirsə. Ona qanuni təhlükəsiz saytlarını ziyarət etməyi öyrədin, təhlükələrin harada gizlənə biləcəyini və onların qarşısını necə alaca biləcəyini göstərin;

 

Şəbəkədə ünvan, telefon nömrəsi, pasport və ya bank kartı rekvizitlərini, həmçinin təhsil və ya sevimli istirahət yerini qeyd etməyə ehtiyac olmadığını izah edin;

 

Övladınıza internetdə yad şəxslərə qarşı ehtiyatlı olmağı və heç vaxt özü və ya valideynləri haqqında şəxsi və ya maliyyə məlumatlarını açıqlamamağı öyrədin;

 

Zərərli məzmunu süzgəcdən keçirəcək müasir proqramlarla uşaqların fəaliyyətinə nəzarət edin;

 

İzah edin ki, şübhəli mənbələrdən proqramlar yükləmək olmaz, xüsusilə əgər adətən pulla satılan bir şeyi onlara pulsuz təklif edirlərsə.

 

Trend

Tarix: 26 Avqust 2022, 15:05   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin