BURADA REKLAMINIZ OLA
BİLƏR

Diplomatlar Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış oldular

Şuşaya səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə baxış keçiriblər.

 

Pravda.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov tunelin tikintisi barədə qonaqları məlumatlandırıb.

 

Əyyub Hüseynov bildirib ki, Şuşa azad olunduqdan çox qısa müddət sonra yolun çəkilişinə başlanıb.

 

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi azad olunmuş ərazilərdə 18 layihə həyata keçirir ki, bunlar da böyük layihələrdir. Bu layihələr regionun sosial-iqtisadi inkişafı üçün önəmli rol oyanayacaq", - deyə o əlavə edib.

 

Xatırladaq ki, səfərin ilk günü işğaldan azad olunan ərazilərə Azərbaycanda qeyri-rezident əsasda akkreditə olunmuş diplomatların səfəri baş tutub.

 

Səfər çərçivəsində diplomatik korpus nümayəndələri və hərbi nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcək.

 

Qeyd edək ki, səfərdə 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.

Tarix: 27 Avqust 2022, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin