BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Ərəblinskinin həlak olduğu yol qəzası ilə bağlı daha bir açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Müdafiə Nazirliyinin hərbi qulluqçusu, MAXE Vahid Ərəblinskinin həlak olduğu yol qəzası ilə bağlı məlumat yayıb.

 

DİN-nin mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, hadisə avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində baş verib. Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Araşdırma aparılır.

 

Qeyd edək ki, Buzluq yüksəkliyi avqust ayında ordumuzun nəzarətinə keçib.

Tarix: 27 Avqust 2022, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin