BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda 22 yaşlı gənc qətlə yetirildi

Avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşov öldürülüb.

 

Sumqayıt şəhər prokurorluğundan Pravda.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İstintaq tədbirləri davam etdirilir.

Tarix: 27 Avqust 2022, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin