BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yüksək vəzifəli şəxsin qardaşı dərmandan zəhərlənərək öldü

Masallı sakini dərmandan zəhərlənib.

 

Rayon sakini 44 yaşlı Nəsimi Əliyev qəflətən dünyasını dəyişib. O, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin qardaşıdır.

 

Əldə etdiyimiz məlumata görə, N. Əliyev rayonda çiyələk təsərrüfatı ilə məşğul olurmuş. Hadisə baş verən gün mərhum çiyələkləri dərmanlayıb. Qəfil əsən külək dərmanlı çiyələk yarpağını onun üzünə çırpıb. Nəticədə dərman N. Əliyevin ağzına dolub. Onun məhz bu səbəbdən öldüyü bildirilir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Gundem.az

Tarix: 28 Avqust 2022, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin