BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıda mazutluq sahədə baş verən yanğınla bağlı məlumat yaydı - YENİLƏNDİ

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq və məişət tullantıları ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bu barədə FHN-dən məlumat verilib.

 

***

13:07

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazutluq sahə və məişət tullantılarının yanması barədə məlumat daxil olub.

 

Pravda.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Tarix: 28 Avqust 2022, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin