BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə vətəndaşı Azərbaycanda qəza törətib - Avtomobil üzüm bağına düşüb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı üzüm bağına düşüb.

 

Qəza zamanı Türkiyə vətəndaşı, 1989-cü il təvəllüdlü Aktepe Leven Metak xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə sürücü sükan arxasında yatıb. Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 29 Avqust 2022, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin