BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heç kim başqa yerə başını soxmasın”

Əməkdar artist Cavanşir Məmmədov ötən gün efirdə həmkarı Əli Mirəliyev haqda şok açıqlama verib.

 

O, həmkarının sənətə necə gəldiyini açıqlayıb: “Əli müəllim cavan vaxtı dərzi işləyirdi. O, sənətə dərzilikdən gəlib. Mən bu sözləri deməklə onu aşağılamaq istəmirəm. Dərzilik incəlik və dəqiqlik tələb edən bir peşədir. Əli Mirəliyev bu incəliyi öz sənətində göstərə bilir”. Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev Cavanşir Məmmədovla uzun illərdir dostluq etdiyini bildirib və məsələyə aydınlıq gətirib: “Cavanşir illərdir mənim dostumdur, heç kəs onunla mənim aramı poza bilməz! Birincisi, mən bu sənətə dərzilikdən gəlməmişəm. Hər dəfə demişəm ki, mənim əlimdən dərzilik gəlirdi. O vaxt atam məni oxumağa qoymurdu, məni dərzilik üzrə peşə öyrənməyə qoymuşdu. Mənim atam Ərdəbildən olub, onlarda oxumağa pis baxıblar. Onlarda belə bir fikir var idi ki, “Zurnaçıya qız verməzlər”. Amma mən evdə oxuyurdum, böyük qardaşım da oxuyan idi, toylara gedirdi. Dərzilik işə mənim öyrəndiyim peşə olub, Cavanşir bunu demək istəyib. O, mənim haqqımda bir dənə pis şey deyə bilməz. Heç kim başqa yerə başını soxub, aramızı vurmağa çalışıb yerini ağır etməsin! Cavanşir Məmmədov mənim kiçik qardaşımdır”.

Tarix: 29 Avqust 2022, 14:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin