BURADA REKLAMINIZ OLA
BİLƏR

Röya Bərdədə 14 yaşlı qıza edilən təcavüzdən yazdı: "Ölkəmdə baş verdiyi üçün utandım"

Xalq artisti Röya Ayxan Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslərlə bağlı paylaşım edib.


Pravda.az xəbər verir ki, Röya Ayxan bu sözləri qeyd edib: “Bərdədə məktəbli qızın başına gətirilən bədbəxt hadisə ilə bağlı prosesi yaxından izləyirəm və nəticəni səbrsizliklə gözləyirəm. Mənim orada bibilərim, onların qızları, balaları yaşayır. Bir qadın kimi mənə təsir etdi, ölkəmdə baş verdiyi üçün utandım. Azərbaycan polisinə təşəkkür edirəm, səbəbkarları tapıblar. Lakin onlardan rica edirəm ki, 14 yaşlı bir yeniyetməyə bu cür rəftar edən o 4 nəfər ən ağır şəkildə cəzalandırılsın. Çox xahiş edirəm, məsələyə həssaslıqla yanaşsınlar. Hər kəsin övladı var”.


Teleqraf.com 

Tarix: 29 Avqust 2022, 22:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin