BURADA REKLAMINIZ OLA
BİLƏR

Vuçiç: "Serbiya Azərbaycandan qaz almağı planlaşdırır"

Serbiya 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırır.


Pravda.az xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Serbiyanın Prezidenti Aleksandar Vuçiç deyib.


Onun sözlərinə görə, ölkənin maliyyə vəziyyəti Rusiya enerji mənbələrinə alternativ tapmaq və yaxın aylarda gözlənilən enerji çatışmazlığının öhdəsindən gəlmək üçün kifayət qədər güclüdür.


"Biz İraqdan neft alacağıq... Venesuela ilə də razılaşmağa çalışacağam. İstənilən yerdən almağa hazırıq", - deyə A.Vuçiç bildirib.

Tarix: 30 Avqust 2022, 00:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin