BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubadlıda minana partlaması ilə bağlı araşdırma aparılır

Qubadlı Rayon Prokurorluğunda minana partlaması ilə bağlı araşdırmalara başlanılıb.

 

Pravda.az xəbər verir ki. bu barədə rayon prokurorluğundan məlumat verilib

 

Bildirilib ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 30 Avqust 2022, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin