BURADA REKLAMINIZ OLA
BİLƏR

Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər açıqlandı

Növbəti tədris ilində bir sıra yeni dərsliklərin tətbiqinə başlanılacaq.

 

Pravda.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

 

O bildirib ki, bunlardan biri V siniflər üçün “Təbiət 5” dərsliyidir və bu ildən kütləvi istifadəyə veriləcək:

 

“Əlavə olaraq III siniflərdə “Happy Campers” ingilis dili dərsliyi keçiləcək. Bu dərslik I-II siniflərdə tətbiq olunurdu. Həmçinin ötən illərdə pilot olaraq tədris olunan dərsliklər bu ildən kütləvi şəkildə keçiləcək. Bunlar əsasən ibtidai sinif dərslikləridir. Yuxarı siniflərdə tədris olunan dərsliklərin də bəziləri yenilənib”.

 

APA

Tarix: 30 Avqust 2022, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin