BURADA REKLAMINIZ OLA
BİLƏR

İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

Fransanın "Sent-Etyen" klubuna keçən İbrahima Vadji "Qarabağ"la vidalaşıb.

 

Pravda.az-ın məlumatına görə, 27 yaşlı hücumçu bu barədə instraqram hesabında paylaşım edib.

 

Seneqallı forvard gözlənilməz səfəri səbəbindən azarkeşlərlə üzbəüz vidalaşmaq imkanının olmadığını bildirib: "Bütün “Qarabağ” ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və azarkeşlərə salam. Bu vida mesajıdır. Kollektiv emosiyaların çoxlu gözəl anlarını özümlə aparıram. Bu, çox tez bitsə belə, böyük macəra idi. Qalanlara uğurlar, hər şey üçün təşəkkür edirəm".

 

Qeyd edək ki, "Sent-Etyen" İbrahima Vadjinin keçidi üçün "köhlən atlar"a 1,6 milyon avro ödəyəcək. Seneqallı forvard 2025-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb. O, "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

Tarix: 30 Avqust 2022, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin