BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 568 yeni yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 812 816 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 799 479 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 532 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 028, bu günə qədər isə ümumilikdə 7 151 214 test icra olunub.

Tarix: 30 Avqust 2022, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin