BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu marşrutlarda vəziyyət qənaətbəxş deyil

5-i mövcud, ikisi isə yeni təşkil olunmaqla, ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub.

 

Pravda.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

 

Qeyd olunub ki, daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166, 189 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.

 

Eyni zamanda vətəndaşların gedişlərinin sadələşdirilməsi və sərnişin təlabatı nəzərə alınaraq metronun “Xalqlar Dostluğu” stansiyasını Binə T/M ilə əlaqələndirən E1 və Sədərək T/M ilə əlaqələndirən E2 nömrəli yeni sürətli rejimdə müntəzəm marşrutlar yaradılaraq istismara verilməsi də qərara alınıb.

Tarix: 30 Avqust 2022, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin