BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftçala sakini həmkəndlisini öldürdü

Neftçala rayonunda qətl törədilib.


Rayon prokurorluğundan Pravda.az-a verilən məlumata görə, avqustun 30-u saat 12 radələrində 1957-ci il təvəllüdlü Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.


Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Saleh Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İstintaq tədbirləri davam etdirilir.

Tarix: 30 Avqust 2022, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin