BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN istirahət mərkəzindəki partlayışla bağlı məlumat yaydı - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən verilən məlumata görə, faktla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

 

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 

***

 

20.14

 

Sumqayıtda istirahət mərkəzində partlayış olub, yaralananlar var

 

Hadisə şəhərin Sahil küçəsində Corat-Novxanı yolunda qeydaə alınıb.

 

Orada fəaliyyət götərən “Sinset” istirahət mərkəzinin qazanxanasında partlayış baş verib. Hadisə nəticəsində 3 əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

 

APA

Tarix: 30 Avqust 2022, 20:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin