BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ənvər Həsənovun koronavirus testi pozitiv çıxdı, vəziyyəti ağırdır

Xalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

 

Bu barədə Pravda.az-a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

 

Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub.

 

"Hazırda vəziyyəti ağırdır və bir neçə gün əvvəl yerləşdiyi xəstəxanada müalicələri davam etdirilir", - A.Həsənova əlavə edib.

 

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

 

Report

Tarix: 31 Avqust 2022, 11:24   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin