BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərnişindaşımada çatışmazlıq olan 5 marşrut xətti müsabiqəyə çıxarıldı

Vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.

 

Bu barədə Pravda.az-a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

 

Bildirilib ki, müsabiqəyə çıxarılan 44, 57, 194, 202 və 214 nömrəli müntəzəm marşrut xətləridir.

 

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir. Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

Tarix: 1 Sentyabr 2022, 12:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin