BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüstəm Nəcəfova vəzifə verildi

Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə sədr təyin edilib.

 

Pravda.az-ın məlumatına görə, bu, Rüstəm Nəcəfovdur.

 

O, dövlət şirkətinin rəhbərliyində sədr müavini, sədr vəzifəsini müvəqqəti icra edən Kamran Kazımovu əvəz edib.

 

Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

 

Report

Tarix: 1 Sentyabr 2022, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin