BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi məlumat yaydı

Türkiyə HHQ-nin nümayəndələri “TurAz Qartalı-2022” təlimində iştirak edəcək Azərbaycana gəlib


“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.


Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.


Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.

Tarix: 1 Sentyabr 2022, 20:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin