Reklam

Deputat: “Ehtiyacı olanlara imkan çərçivəsində kömək etməliyik” - FOTO

“Tək bizim deyil, bütün dünyanın sınaq qarşısında olduğu günlərdə ilk işimiz ehtiyacı olanlara imkan çərçivəsində kömək etmək olmalıdır. İçimizdə yaşlılarımız, fiziki imkanları məhdud olanlarımız, xəstələrimiz varsa, çalışaq onlara əl tutaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Elnur Allahverdiyev “Facebook” hesabında yazıb.

 

“Qarşıdan Novruz bayramı gəlir. Onlardan bəziləri bayram bazarlığı üçün dükana-bazara çıxmaqdan ehtiyat edə bilərlər. Gəlin, bu işi biz üzərimizə götürək. Qonşularımıza, küçə və məhəlləmizə nəzər yetirək. Ölkəmizin COVİD-19 virusuna qarşı səfərbər olduğu vaxtda, bizim də bu mübarizəyə öz vətəndaşlıq borcumuzu yerinə yetirməklə qatqımız olsun”, - deyə deputat əlavə edib.

Fotoları təqdim edirik
Tarix: 18 Mart 2020, 22:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin