BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu xəmir çox su aparacaq” – Neftin qiyməti ilə bağlı PROQNOZ

“Brent 25 dollardan da aşağı düşdü, bazarlar, birjalar heç nəyə, heç kimə inanmır, ancaq nəğd pul dəbdədir. Belə panika (düşüşün % nisbəti) heç 1929-cu ildə də olmayıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

“Əslində virus katalizator oldu, dünyada 2008 böhranından sonra FED və Mərkəzi Banklar o qədər likvidlik bolluğu yaratdılar ki, çoxlu sayda "şarlar, balonlar, köpüklər (puzır)" yarandı və şişdi. Bu balonlar partlamalı idi, indi həmin sürəci yaşayırıq - şarlar partlayır və boşalır. Amma FED və Dünya Mərkəzi Bankları və hökumətlər yenə bazarlara pul səpirlər, yenə banklara pul pompalıyırlar - bu isə növbəti balonlar yaradır. Deməli virus söhbəti bitdikdən sonra növbəti balonlar yaranacaq, bir neçə ildən sonra (5-6 ildən sonra) növbəti böhran dalğası gələcək. Dünyada hər şeyin real bazar qiymətinin yaranmasına, spekulyativ köpüklər bazardan çəkilməsinə qədər belə olacaq, yəni, bu xəmir çox su aparacaq. Hökumətimiz isə dua edib gözləyir, çox vaxt itirir, böhran artıq başlayıb.

P.S. "Jmıx - ləzzət"...” – N.Cəfərli qeyd edib.

Tarix: 18 Mart 2020, 22:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin