BURADA REKLAMINIZ OLA
BİLƏR

Medianın İnkişafı Agentliyində “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti ilə görüş keçirildi

Sentyabrın 2-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti Məhəmməd Qulam Məhəmməd Bob ilə görüşüb.

 

Pravda.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov qonağa Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

 

“Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti Məhəmməd Qulam Məhəmməd Bob isə əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının xüsusi önəm daşıdığını bildirib.

 

Görüşdə səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fotoları təqdim edirik
Tarix: 2 Sentyabr 2022, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin