BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR-ın vitse-prezidentinə “Şöhrət” ordeni təqdim olundu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinə “Şöhrət” ordeni təqdim olunub.

 

Bu barədə Pravda.az-a SOCAR-dan məlumat verilib.

 

Məlumata görə, bu gün SOCAR vitse-prezidenti Rəfiqə Hüseynzadənin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərancamı ilə “Şöhrət” ordeni ilə təltif olunmasına həsr olunmuş tədbir keçirilib.

 

Bildirilib ki, SOCAR prezidenti Rövşən Nəcəf yüksək mükafatı R. Hüseynzadəyə təqdim edərək SOCAR kollektivi adından təbrik edib.

Tarix: 2 Sentyabr 2022, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin