BURADA REKLAMINIZ OLA
BİLƏR

Lisenziyanın alınması üçün 3 radio müsabiqəyə buraxıldı

Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün 3 radio müsabiqəyə buraxılıb.

 

Bu barədə Pravda.az-a Audiovizual Şuranın qərarında məlumat verilib.

 

Bildirilib ki, Bakı Teleqüllə Kompleksindən – 90.7 MHs, İsmayıllı rayonu ərazisindəki "İvanovka" RTYS-dan - 104.5 MHs, Lənkəran rayonu ərazisindəki "Lənkəran" RTYS-dan - 89.6 MHs, Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 98.0 MHs, Zaqatala rayonu ərazisindəki "Danaçı" RTYS-dan - 90.9 MHs tezliklərindən istifadə edilməsi üçün 13 iyul 2022-ci il tarixdən elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş "Baku FM" MMC (radio kanalın adı: "Baku Hit FM"), "Retro FM" MMC (radio kanalın adı: "Baku Retro FM") və "NHR" MMC (radio kanalın adı: "Yurd FM") müsabiqəyə buraxılıb.

 

Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin və zəruri halda yerində yayım imkanlarının araşdırılması üçün Şura üzvlərindən və Şura aparatının mütəxəssislərindən ibarət müsabiqə komissiyası yaradılacaq.

 

Komissiya müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yayım konsepsiyaları, kadr və yaradıcılıq, habelə maliyyə-iqtisadi potensialı barədə yekun rəy hazırlayıb 15 gün ərzində Şura üzvlərinə təqdim etməlidir.

Tarix: 2 Sentyabr 2022, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin