BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbli qızı döydüyü iddia olunan direktor işdən çıxarıldı

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.

 

Oxu.Az-ın məlumatına görə, direktor Çinarə Atayeva vəzifəsindən azad edilib.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat saytımıza təsdiq edilib.

 

Bildirilib ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

 

Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biri Oxu.Az-a müraciət edərək direktorun onun qızına işgəncə verməsi və müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət ünvanlamışdı. Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilmişdi.

Tarix: 2 Sentyabr 2022, 18:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin