BURADA REKLAMINIZ OLA
BİLƏR

General-mayor Bəkir Orucov niyə həbs edilib? - SƏBƏB

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucovun nədə təqsirli bilindiyi məlum olub.

 

Bəkir Orucov "Tərtər işi" ilə bağlı təqsirləndirilən şəxs qismində həbs olunub.

 

O, Cinayət Məcəlləsinin 341.2.3 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) və digər maddələri üzrə ittiham olunur.

 

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Generalın həbsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

 

APA

Tarix: 2 Sentyabr 2022, 19:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin