BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbli formalarının qiyməti artır? - AÇIQLAMA

Hazırda məktəbli formalarına ciddi tələbat var.

 

Pravda.az xəbər verir ki, bunu Bakı Tikiş Evi (BTE) ASC-in sədr müavini Elnur Rəhimov deyib.

 

Onun sözlərinə görə, məktəbli formalarına olan tələbat süni də olsa, qısa müddətdə qıtlıq yaradır.

 

"Yeni məktəbli formaları Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib. Şərtlərdə formaların dörd rəngdə olması və texniki tərəfləri nəzərdə tutulmuşdur. Bakı Tikiş Evi olaraq qısa müddətdə dörd rəngdə məktəbli formasını çatdıra bilməyəcəyimiz üçün valideynlər arasında sorğu apararaq iki rəngi seçdik və həmin formaları istehsal etdik. Valideynlər tələsirlər ki, birdən təzə məktəbli forması ala bilməzlər. Bildirək ki, belə bir məhdudiyyət yoxdur. Köhnə məktəbli formalarının istifadəsinə də icazə var. Bu barədə də heç bir valideyn məcbur oluna bilməz. Heç kimi məcbur etmək olmaz ki, yalnız Bakı Tikiş Evindən məktəbli forması almalıdır. Valideynlərin məktəbli forması almaq üçün bizə müraciət etməsi bizim üçün xoşdur. Bizim valideynlərdən istəyimiz səbirli olmaqlarıdır. Bakı Tikiş Evi olaraq var gücmüzlə çalışırıq ki, bütün şagirdlərimizi vaxtında formayla təmin edək. Əgər ciddi bir hal və forsmajor hadisələr baş verməsə, tədris ilinin axırına kimi məktəbli formalarının qiymətində artım gözlənilmir", - deyə sədr müavini bildirib.

 

Qeyd edək ki, yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata təqdim olunur.

 

Trend

 

Tarix: 3 Sentyabr 2022, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin