BURADA REKLAMINIZ OLA
BİLƏR

Smartfonun “RAM”ını necə artırmaq olar?

Telefonunuz tez-tez donursa, nə etməlisiniz?

 

Telefonun “RAM”ını hər hansısa kənar proqram olmadanda artırmaq mümkündür.

 

Öncə “Xiaomi” telefonlarında bunu yoxlayaq.

 

1. "Ayarlar"ı açın və aşağıya bir qədər sürüşdürün.

 

2. Ekranda "Əlavə Tənzimləmələr" xanasını seçin.

 

3. İndi "Yaddaş uzantısı" xanasını seçin.

 

4. Telefonunuzu yenidən başladın.

 

5. Telefonunuzun yaddaşı seçdiyiniz “RAM”dan daha çox olmalıdır.

 

Diqqətinizə çatdırmaq istərdik ki, bu özəllik yeni telefonlara aiddir.

 

İndi “Samsung” markalı telefonlarda bunu yoxlayaq.

 

1. "Parametrlər"i açın və aşağıya bir qədər sürüşdürün.

 

2. Ekranda "Batareya və cihaza qulluq" xanasını seçin.

 

3. İndi "RAM" xanasını seçin.

 

4. Daha sonra “RAM Plus” xanasına daxil olun.

 

5. “RAM Plus” xanasına növbəti dəfə toxunun və telefonunuzun müəyyən etdiyi “RAM”ı seçin.

 

6. Telefonunuzu yenidən başladın.

 

7. Telefonun yaddaşı seçdiyiniz “RAM”dan daha çox olmalıdır.

 

Trend

Tarix: 3 Sentyabr 2022, 17:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin