BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda arvadını öldürən ər saxlanıldı

Sentyabrın 2-i saat 23 radələrində paytaxtın Nizami rayonu, M.Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Nizami rayon prokurorluğundan Pravda.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Bayramovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə istintaq davam edir.

Tarix: 3 Sentyabr 2022, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin