BURADA REKLAMINIZ OLA
BİLƏR

Lerikdə yol qəzasında ölənlərdən yeddisinin adı məlum olub - YENİLƏNDİ

Lerikdəki qəza zaman ölənlərin 7-sinin adı məlum olub:

 

Xəlilova Dilarə Rəhim qızı

 

Həşimova Sərvər Əhməd qızı

 

Axundova Saray

 

Ağayeva Təcrübə

 

Cəfərova Güldəstə

 

Rzayeva Səmayə Ağababa qızı

 

Tahirova Zərnitac İslam qızı

 

APA

***

17:23

 

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.


Pravda.az xəbər verir ki, təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.


Qəza nəticəsində 5 nəfər ölüb, 10-a qədər insan yaralanıb.


Lerik rayon İcra Hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov xəbəri təsdiqləyib.


Hazırda faktla bağlı araşdırma aparılır.


***


16:36

Lənkəran- Lerik yolunda Günəşli kəndi ərazisində ağır qəza olub.


Pravda.az xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan avtobusdur. 5 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir.


Yaralılar və ölənlər Lerik, Lənkəran və Masallı xəstəxanalarına aparılır.


Əlavə məlumat veriləcək.


APA

Tarix: 4 Sentyabr 2022, 19:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin