BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB Lerikdəki ağır qəza ilə bağlı məlumat yaydı

Lerik rayonunun Günəşli kəndində baş verən yol qəzası ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.


Bu barədə Pravda.az-a TƏBİB-dən bildirilib.


Qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Hazırda onlara tibbi yardım göstərilir.


Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Tarix: 4 Sentyabr 2022, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin