BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda icra nümayəndəliyinin binası yandı

Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 19 Mart 2020, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin