BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qalatasaray" azlıqda əzmkar qələbə qazandı

Futbol üzrə Türkiyə Super Liqasında V tura yekun vurulub.

 

Turun son matçında "Qalatasaray" "Qaziantep"i qəbul edib. NEF stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

 

Hesabı 27-ci dəqiqədə qonaqlardan Anhel Saqal açıb. 36-cı dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis tarazlığı bərpa edib. 45-ci dəqiqədə "Cim-Bom" azlıqda qalıb. Abdulkerim Bardakçı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub. 71-ci dəqiqədə Qomis penaltidən yararlana bilməyib. "Sarı-qırmızılılar" qələbə topunu əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə vurublar. Stelios Kitsiu avtoqol müəllifi olub.

 

Bu qələbədən sonra xallarını 10-a çatdıran "Qalatasaray" 7-ci pilləyə yüksəlib. Eyni xala malik "Qaziantep" isə 5-cidir.

 

Qeyd edək ki, turnir cədvəlinə 13 xalla "Beşiktaş" başçılıq edir.

 

Report

Tarix: 6 Sentyabr 2022, 00:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin