BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaraciyər və ağciyərin transplantasiya ilə müalicəsini təcili edən meyarlar müəyyən edildi

Qaraciyərin və ağciyərin transplantasiya metodu ilə müalicə olunmasını təcili edən meyarlar aydınlaşıb.

 

Bu, Nazirlər Kabinetinin “Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar”ın və “Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.

 

Qərara əsasən, qaraciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşdan yuxarı şəxslər üçün meyarlar aşağıdakılardır:

 

fulminant qaraciyər çatışmazlığı;

anhepatik (qaraciyər xaric edilmiş) şəxs;

qaraciyər köçürülmüş şəxsdə 7 (yeddi) gün ərzində qaraciyərin funksiya göstərməməsi, AST >= 3000 v/l;

qaraciyər köçürülmüş şəxsdə 7 (yeddi) gün ərzində qaraciyər arteriyasının trombozu, AST >= 3000 v/l;

kəskin dekompensasiya olunmuş Vilson xəstəliyi.

 

Qaraciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusu 18 yaşınadək şəxslər üçün Status 1A və Status 1B üzrə müəyyən edilir.

 

18 yaşınadək şəxslər üçün Status 1A üzrə meyarlar aşağıdakılardır:

 

fulminant qaraciyər çatışmazlığı;

qaraciyər köçürülmüş şəxsdə 7 (yeddi) gün ərzində

qaraciyərin funksiya göstərməməsi, AST >= 2000 v/l;

qaraciyər köçürülmüş şəxsdə 14 (on dörd) gün ərzində

qaraciyər arteriyasının trombozu;

kəskin dekompensasiya olunmuş Vilson xəstəliyi.

 

18 yaşınadək şəxslər üçün Status 1B üzrə meyarlar aşağıdakılardır:

 

biopsiya ilə təsdiqlənən və metastazı aşkar olunmayan hepatoblastoma;

ən azı 30 (otuz) gün davam edən üzvi asidemiya və ya sidik cövhəri dövranının defekti ilə əlaqəli metabolik xəstəlik;

MELD (Model for End-stage Liver Disease - son mərhələ qaraciyər xəstəliyi modeli) və ya PELD (Pediatrik End-stage Liver Disease - pediatrik son mərhələ qaraciyər xəstəliyi) - balı 25 və daha çox olan və aşağıdakılardan ən azı biri ilə müşayiət olunan:

süni tənəffüsün aparılması;

son 24 saat ərzində ən azı 30 ml/kq eritrositar kütlənin köçürülməsinə ehtiyac yaradan mədə-bağırsaq qanaxması;

hemodializ və ya hemofiltrasiya tələb edən böyrək çatışmazlığı;

48 saat ərzində Glasgow koma balının 10-dan aşağı olması,

Qeyd edək ki,18 yaşınadək şəxslərdə Status 1A təcililiyinə görə Status 1B-dən üstündür.

 

Ağciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar:

 

Ağciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar aşağıdakılardır və yalnız 12 yaşadək şəxslərə münasibətdə tətbiq edilir:

süni tənəffüsün aparılmasını tələb edən tənəffüs çatışmazlığı;

ağciyər hipertenziyası (aşağıdakılardan biri olmaqla):

ən azı 3 ağciyər venasının stenozu;

aparılan dərman müalicəsinə baxmayaraq ürək indeksinin (cardiac index) 2 l/dəq/m2-dən az olması, bayılmalar və anhayxırmanın qeyd olunması.

Tarix: 6 Sentyabr 2022, 18:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin