BURADA REKLAMINIZ OLA
BİLƏR

Masallıda yanğın zamanı ana və iki övladı ölüb, xəsarət alanlar var - YENİLƏNDİ

Masallıda üç nəfərin ölümü ilə nəticələnən yanğında xəsarət alanlar da olub.

 

Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

 

Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Xəsarət alanlar 1959-cu il təvəllüdlü Nərminə Kərim qızı Kəlbiyeva və ailəyə qonaq gələn Rusiya vətəndaşı - 1991-ci il təvəllüdlü İsmayıl Süleyman oğlu Abbasovdur.

 

O, ikinci mərtəbədən aşağı tullandığından müxtəlif dərəcəli travmalar da alıb.

 

***

 

Saat 03:50

 

Masallı rayonunun Hüseynhacılı kəndində baş verən yanğının təfərrüatları bəlli olub.

 

Yanğın 1951 - ci il təvəllüdlü Kəlbiyev Alim İbad oğluna məxsus, sahəsi 300 kvadratmetr olan evdə baş verib.

 

Yanğın 2 mərtəbəli evin 1 ci mərtəbəsindən başlayıb.

 

Nəticədə ana 1984-cü il təvəllüdlü Kəlbiyeva Gülnaz və övladları - 2012 ci il təvəllüdlü Kəlbizadə Elbrus Elmar oğlu və 2011 ci il təvəllüdlü Kəlbizadə Elgiz Elmar oğlu yanaraq ölüblər.

 

Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 və Göytəpə Yanğından Mühafizə Hissəsinin 1 texnikası və canlı qüvvəsi cəlb olunub.

 

300 kvadratmetr evin 200 kvadratmetr hissəsi yanıb.

 

İlkin ehtimala görə yanğın şamdan baş verib.

 

Belə ki kənddə işıq söndüyündən şam yandıran ev sakinləri daha sonra onu nəzarətsiz qoyaraq yatıb.

 

Hazırda rayon hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Yanğının dəqiq baş vermə səbəbləri araşdırılır.

 

APA

Tarix: 7 Sentyabr 2022, 04:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin