BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ata itkin düşən qızını öldürdü

Sentyabrın 7-si saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunmuş, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.

 

Abşeron rayon prokurorluğundan Pravda.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Tarix: 7 Sentyabr 2022, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin