BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur Darabzadə sədr təyin edildi

Zaur Darabzadə "Caspian Energy Georgia" nın sədri vəzifəsinə təyin olunub.

 

Pravda.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, Zaur Darabzadə "Caspian Energy Georgia" Gürcüstan ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq "Caspian Energy Forum Georgia”, "Caspian Energy Award Georgia”,"Brand Award Georgia” və həmcinin Gürcüstanın bütün regionlarında B2G və B2B forumlar, CEO Breakfast və CEO Lunchlar, biznes-turlar və dayirəvi masalar təşkil edəcək.

 

 Zaur Darabzadə ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"ın Ali Rəhbərliyinə minnətdarlıqını bildirib. Zaur Darabzadə Azərbaycan və Gürcüstan sahibkarları arasında netvorkinqi qenisləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib əlindən gələni edəcəyini vurğulayıb. Mənim yeni statusda ilk səfərim 11-14 sentyabr tarixlərində Batumi şəhərində təşkil olunan "Caspian Energy Club”un təşkil etdiyi B2G forum və biznes-turlar çərçivəsində keçiriləcək.

 

Darab-zadə Zaur Mehrab oğlu, 1985-ci ildə Bakı şəhərində anadan olub.

 

1990-cı ildə Bakı şəhəri 18 saylı orta məktəbə daxil olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Maliyyə-İqtisad Kollecinin (AzMİK) "Mühasibat uçotu və audit" fakültəsinə qəbul olub.

 

Sonrakı illərdə ali təhsil almaq məqsədi ilə Ukraynanın Personalın İdarə Olunması üzrə Regionlararası Akademiyasının "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr pilləsində təhsilini davam edib. 2019-2021 ci illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetində magistr təhsilini alıb.

 

Azərbaycanda ilk internet radio "Day.Az Radio"-nu yaradıb. Bundan başqa, "Day.Az Media" şirkətində (Trend.Az, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb. 2012-ci ildə Bakıda "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq, koordinator vəzifəsində çalışıb.

 

2015-ci ildə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib. 2020-ci ilin İyul ayından "CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri təyin olunub və bu vəzifədə bu günədək çalışır.

 

2022-ci ildə "Caspian Energy Club”-un İdarə Heyətinin üzvü seçilib.

 

Bu sahədə işlədiyi müddətdə Azərbaycanın müxtəlif regionlarında kinoteatrların açılışına təşəbbüs göstərib. 2005-ci ildən başlayaraq 30-dan çox xarici ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda Azərbaycanı təmsil edib.

 

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

 

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club”un Gurcustan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Tarix: 7 Sentyabr 2022, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin