BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalist Əvəz Zeynallı iş adamının ailəsini şantaj edib? - AÇIQLAMA

Sentyabrın 3-də jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməyə başlayıb.

 

Pravda.az haqqin.az-a istinadən xəbər verir ki, Ə.Zeynallı həbsdə olan iş adamının ailəsinə və övladlarına böhtan atıb.

 

Ə.Zeynallı iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxın adamlarından pul almağa nail olub. Lakin Ə.Zeynallı üzərinə düşən öhdəliyi pozub. Pul mükafatı aldıqdan sonra o, iş adamını təhqir və tənqid etməyə davam edib. Buna cavab olaraq iş adamının yaxın qohumları pullarını geri tələb ediblər.

 

Jurnalist isə buna cavab olaraq bəyan edib ki, o, biznesmeni tənqid deyil, təbliğ edib. Biznesmenin “qurban” obrazını yaradıb və bu işi davam etdirəcək. Amma qarşı tərəf etiraz edərsə, razılaşdırılmış məbləği qaytara bilər.

 

Rasim Məmmədovun vəkili Elçin Sadıqov Gununsesi.info-ya açıqlamasında bu haqqda danışıb: “Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi.  “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.

Tarix: 7 Sentyabr 2022, 22:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin