BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobil qadını vuraraq öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb.

 

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hadisə sentyabrın 7-si saat 20 radələrində paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, Cəlilabad rayon sakini V.Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əsmər Səfərovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Baş stintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix: 8 Sentyabr 2022, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin