BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülvira Qarayevanın maşınında oğurluq - FOTOLAR

Tanınmış aparıcı Ülvira Qarayevanın maşınına oğru girib.

 

Pravda.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

 

“Səhərüzü məhəllədə 3 maşının şüşəsini sındırıb, içinə giriblər. Mənim maşınından bir qab qəpik, bir böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar”, - o yazıb.

 

Qarayeva əlavə edib ki, hadisə yerinə polis çağırılıb: “Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdur, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar”.

 

Aparıcı kosmetikasının oğurlandığından təəccüblənib: “Əsas məsələ - kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb gedəcəksən?”

 


 

 

Tarix: 8 Sentyabr 2022, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin