BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibələrinin keçiriləcəyi tarixlər açıqlandı

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibələrinin keçiriləcəyi tarixlər açıqlanıb.

 

Bu barədə Pravda.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə müəllimlərin şəxsi kabinetinə göndəriləcək. Müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

 

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

Tarix: 8 Sentyabr 2022, 13:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin