BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qəbirlərdən qızıl dişləri götürmələri ermənilərlə yanaşı dinc yaşamın nə dərəcədə təhlükəli olduğunu göstərir”

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu məşhur fotoqraf Reza Deqatinin Laçında soydaşlarımıza məxsus məzarların ermənilər tərəfindən talan edilməsi, onların qızıl dişləri çıxarmaq üçün meyitlərin kəllə sümüklərini götürmələri barədə hazırladığı reportaja münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, ermənilərin bu addımları artıq Azərbaycanda heç kimdə təəccüb doğurmur.

 

O bildirib ki, ermənilər təkcə sağkən deyil, soydaşlarımızı vəhşicəsinə qətlə yetirdikdən sonra da onların meyitləri üzərində hər cür vəhşiliyi həyata keçiriblər: “Bu, artıq bizə bəlli olan, yaxşı tanıdığımız erməni xislətidir. Tarixən ermənilər qeyri-ermənilərə qarşı bu cür davranıblar. Onların fəaliyyətinin əsas forması terrordan, insanlığa qarşı qanlı cinayətlər törətməkdən ibarətdir. Qəbirləri qazıb qızıl dişlərin götürülməsi, sözün əsl mənasında, erməninin nə dərəcədə dönməz şəkildə vəhşi bir xalq olduğunu, onlarla yanaşı dinc yaşamın, mövcudluğun nə dərəcədə çətin və təhlükəli olduğunu bir daha göstərir. Yaxşı xatırlayırıq ki, ermənilər 1992-ci ildə soydaşlarımıza qarşı Xocalıda qanlı terror həyata keçirən zaman da körpə, yaşlı, böyük demədən meyitlərin başlarının dərisini belə soyurdular. Körpələri diri-diri oda atıb yandırırdılar. Bunların artıq hamısı bizə bəllidir, görmüşük. Erməni xislətinə yaxşı bələdik. Çox təəssüf doğuran bir məqam var. Dünya ictimaiyyəti kifayət qədər, xeyli sayda faktların olmasına baxmayaraq, ermənilərin vəhşilikləri ilə bağlı heç bir münasibət bildirmir. Ermənilər meyitlərin gözlərini oymaqla, üzlərinin dərisini soymaqla, qəbirləri qazıb qızıl dişləri çıxarmaqla görülməmiş cinayətlər törədirlər. Bunun qarşılığında cəza almadıqda isə özlərini tam cəzasızlıq şəraitində hiss edir, imkan düşəndə daha artıq vəhşiliyə meyilli olurlar”.

 

E.Mirbəşiroğlu vurğulayıb ki, dünya ictimaiyyəti də ermənilərin bu vəhşi cinayətləri haqqında məlumatlıdır: “Amma görürlər ki, ermənilər cəzasız qalırlar. Bunun özü də olduqca təhlükəli, neqativ presedent yaradır. Bu, bütövlükdə insanlığı vəhşiliyə sürükləyir. Azərbaycan tərəfi ermənilərin törətmiş olduqları qanlı cinayətlər, vəhşiliklər haqqında bütün müvafiq beynəlxalq instansiyalara fakt əsaslı məlumatlar ötürüb. Amma təəssüf ki, ermənilərin bu cinayətlərinə hər hansı bir reaksiya müşahidə olunmur. Hesab edirəm, artıq 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan fərqli bir mövqedədir. Özünün güc mövqeyindədir, bu mövqeyini də davamlı olaraq möhkəmləndirməkdədir. Düşməni bundan sonra olduqca zəif durumda saxlamalıyıq ki, onların ümumiyyətlə baş qaldırmağa imkanları olmasın. Yalnız bu halda Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi təmin etmək mümkündür. Azərbaycan elə bu cür də edir, Ermənistanı sülhə məcbur strategiyasını uğurla həyata keçirir. Hesab edirəm, dövlətimizin bu istiqamətdəki mövqeyi, addımları ermənilərin xalqımıza qarşı  törətdikləri cinayətlərə görə mütləq şəkildə cavab vermələrini şərtləndirəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 8 Sentyabr 2022, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin